"Türkiyə Azərbaycan üçün güvən yeri, Azərbaycan da Türkiyə üçün dayaq dövlətdir"

"Azərbaycan və Türkiyə Prezidentlərin qarşılıqlı səfərləri, Rəsmi Ankaranın Bakı təəssübkeşliyi, səmimiyyəti iki dövlət arasındakı münasibətləri səciyyələndirən amillərdir”. 
Bunu "Sherg.az”a millət vəkili Fəzail İbrahimli Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakının işğaldan azad olunmasının 100 -cü il dönümə ərmağan olunan parada qatılması və paradda Azərbayana dəstək xarakterli çıxışına münasibət bildirərkən deyib. 
Parlamentari qeyd edib ki, rəsmi Ankara Azərbaycan təəssübkeşliyini həmişə nümayiş etdirib:
"Türkiyə Azərbaycanın yanında olduğunu hər zaman ifadə edir. İki qardaş ölkənin yaxşı münasibətləri, qarşılıqlı əlaqələri onun üçün yüksək önəm kəsb edir. Hazırda Azərbaycan və Türkiyənin münasibətlərinə bütün dünya qibtə edir.
Dünya bilir ki, Türkiyə Azərbaycan üçün güvən yeri, Azərbaycan da Türkiyə üçün dayaq dövlətdir. Türkiyənin ən çətin anlarında yanında olan, haqq səsinə cavab verən Azərbaycanın addımları Türkiyə cəmiyyəti və rəhbərliyi tərəfindən həmişə vurğulanıb. 
Bu yaxın əlaqələr dünyaya, Avropa dövlətlərinə mesajdır ki, Azərbaycan-Türkiyə qardaşlığı regionda aparıcı amildir”.
Ayyət