Türkiyə "Patriot"la bağlı qərar verdi - 6 ay...



Hazırda "Patriot" sistemlərinin xidmət müddətini daha 6 ay uzatmaq barədə qərar vermək mərhələsindəyik. Türkiyənin Avropa Birliyinə üzvlüyünü dəstəkləyirik. AB-nin də bu durumdan xeyirli çıxacağını düşünürük.

Axar.az xəbər verir ki, bu açıqlama ilə İspaniyanın Türkiyə səfiri Xuan Qonzalez-Barba çıxış edib.

Türkiyənin NATO-dan tələbi üzərinə 2015-ci ildən bəri Adanadakı İncirlik hərbi bazasında İspaniyaya məxsus "Patriot" havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirən Barba 25 ispan əsgərinin də sözügedən ölkədə xidmət etdiyini vurğulayıb.