Türkiyə Qara dənizdə daha bir qaz yatağı tapıb
09:04 26.05.2021
Arxiv
538
İyunda Türkiyə hökuməti Qara dənizdə yeni qaz ehtiyatlarını tapdığını bəyan edə bilər.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz “A Haber” telekanalının efirində deyib.
“Gəlin daha çox xəbər üçün iyunu gözləyək. İşlər iyunda başa çatacaq”, – o bildirib.
“EADaily” agentliyinin verdiyi xəbərə görə, Türkiyənin iki qazma gəmisi “Fatih” və “Qanuni” ötən il kəşf edilmiş qaz yatağı üçün Qara dənizə çıxıb, “Barbaros Hayreddin Pasha” adlı seysmik gəmi isə qonşu sektorda işə başlayıb.
Türkiyə hasilata iki ilə başlamağı və ölkənin istehlakının üçdə birini Qara dəniz qazı ilə qarşılamağı planlaşdırır.
Bir müddət öncə F.Dönməz tvitterdə “Qanuni”nin “Türkali-2” quyusunda sınaq aparacağını yazıb. Bundan sonra qazma gəmisi “Türkali-1” və “Tuna-1” quyularını yoxlayacaq.
“Daily Sabah” nəşri isə xəbər verib ki, Türkiyə artıq qazın quruya çatdırılması ilə bağlı araşdırmalar aparır.
Türkiyə ötən il “Sakarya” yatağını kəşf edib. Bu yataqdan ilk qazın istehlakçılara 2023-cü ildə 150 kilometrlik sualtı qaz kəməri ilə tədarük olunması gözlənilir.
Ehtimal olunan ehtiyatları 405 milyard kubmetr olan bu yataqda növbəti illərdə 10 quyunun qazılması planlaşdırılır. Ümumilikdə, 2028-ci ilə qədər təxminən 40 quyunun qazılması gözlənilir.
İlk illərdə hasilat 5-10 milyard kubmetr təşkil edəcək. 2025-ci ildə isə hasilatın 15 milyarda çatması planlaşdırılır. Bu, Türkiyədə son illərdə qaz istehlakının üçdə bir hissəsinə bərabərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat