Türkiyə SİLKƏLƏNDİ - BİNALAR ÇÖKDÜ




Türkiyənin cənub - qərbində turistik region sayılan Bodrumun 14 kilometrliyində maqnitudası 5,3 bal gücündə olan zəlzələ baş verib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, xoşbəxtlikdən hadisə nəticəsində ölən və yaralanan olmayıb. Bu təbiət hadisəsindən böyük təlaş keçirən insanlar küçələrə axışıblar. Türkiyənin NTV kanalının məlumatına görə, bəzi yaşayış binaları çöküb. 

Qeyd edək ki, Türkiyə seysmaktiv zonada yerləşir və bu ölkədə zələzə mütəmadı hal alıb.  
 
Yada salaq ki, bu ilin başlanğıcından Türkiyənin Egey dənizi sahilindəki əyalətlərində bir neçə dəfə maqnituası 5 bal gücündə olan zəlzələ qeydə alınıb. Ötən ay isə 6 və 6, 7 bal gücündə zəlzələ baş verdi və 2 nəfərin ölümünə səbəb oldu. 

Qeyd edək ki, Türkiyədə yaxın keçmişdə baş vermiş ən güclü zəlzələ 1999-cu ildə yaşanıb və həmin zəlzələnin maqnitudası 7 bal gücündə olub. Bu təbii olay nəticəsində çoxsaylı yaşayış binası və sənayə obyekləri çöküb. Ümumilikdə isə Türkiyə tarixində zəlzələdən 20 minə yaxın adam zəlzələnin qurbaı olub. 

Tərcümə etdi: Ayyət ƏHMƏD