Türkiyədə 35 məmur həbs olundu




Bu gün İstanbulda 35 hazırkı və keçmiş bələdiyyə işçisi saxlanılıb. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə "Anadolu " Agentliyi məlumat yayıb. Məlumata əsasən, həmin şəxslər Türkiyədə 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd edənlərlə bağlılıqda ittiham olunurlar. 

Qeyd edək ki, indiyə qədər hazırkı 35 nəfər də daxil olmaqla 112 nəfər bələdiyyə işçisi həbsə alınıb. 

Ayyət ƏHMƏD