
Türkiyədə beynəlxalq jurnalist təşkilatı yaradıldı: Azərbaycanlı qurucusu oldu
07:32 08.01.2019
Arxiv
511
Ankarada Qlobal Jurnalist Təşkilatı (Küresel Gazeteciler Konseyi) adlı yeni beynəlxalq jurnalist təşkilatı qurulub.
"Sherg.az" xəbər verir ki, "Anadolu Mediası Gücbirliyi Platformu” (AGP) və "DİM Media”nın İdarə Heyətinin sədri Mehmet Ali Dim təşkilatın qurucu sədri seçilib. Yeni təşkilatın fəxri sədri isə jurnalist Yavuz Donat olub.
Qlobal Jurnalist Təşkilatının qurucu üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu ziyarət ediblər.
Təşkilat yaxın vaxtlarda Avropada, Amerikada, MDB məkanında da fəaliyyət göstərəcək və böyük işlər ortaya qoyacaq.
Azərbaycandan Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı da qurucular arasında yer alır.
Digər qurucular isə bunlardır:
"DİM” və "Sabah” yazarı, duayen jurnalist Yavuz Donat, DHA (Demirören Haber Agentliyi) direktoru Salih Zeki Sarıdanişment, "Sabah”ın Ankara təmsilçisi Osman Altınışık, "Habertürk”ün Ankara təmsilçisi Bülent Aydemir, "Akit” Ankara təmsilçisi Hacı Yakışıklı, TRT Dairə sədri Amber Türkmen, "Milliyet”in idman müdiri Tayfun Bayındır, DHA Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) təmsilçisi Sefa Karahasan, Kayseri Qəzetçilər Cəmiyyəti başqanı Veli Altınkaya, Trakya Qəzetçilər Cəmiyyətinin eks-sədri Lütfü Karakaş, "Anadolu” Agentliyinin veteran bölgə müdiri, Samsun 19 May Qəzetçilər Cəmiyyəti başqanı Yusuf Ziya Çakır, TRT-nin sabiq Nyu York təmsilçisi, Türkiyə Xarici İşlər Nazirliyinin eks-mətbuat məsləhətçisi, İstanbul Texniki Üniversitetinin rektor məsləhətçisi Kahraman Halis Çelik, BR TV İdarə Heyətinin sədri Mehmet Çetinkaya, Türk-İngilis Qəzetçilər Birliyinin sədr müavini və DHA London təmsilçisi Aynur Tattersall.
Qurucu üzvlərlə söhbət edən nazir M.Çavuşoğlu "Ziyarət etdiyiniz üçün təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram” deyib.
Çavuşoğlu, bu təşkilata dəstək verəcəyinə də söz verib.

Təşkilat sədri Mehmet Ali Dim nazirlə görüş barədə deyib: "Ankarada xarici işlər nazirimiz Mövlud Çavuşoğlunu ziyarət edərək, onu beynəlxalq miqyasda yeni təşkilatımız barədə məlumatlandırdıq”.
Qeyd olunub ki, bu günə qədər Türkiyədə qurulan beynəlxalq jurnalist təşkilatlarında İstanbul mediası təmsil olunmurdu. Amma bu təşkilat həm yerli, həm də xarici mətbuatı öz sıralarında birləşdirməklə dünyanın ən böyük jurnalist qurumu olmağı hədəfləyib.
Yeni jurnalist təşkilatına KGK, yayğın media, yerli media və xarici media iclasları da daxil olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm