Türkiyədə faciə: mədən çökdü, 6 nəfər ölüb




Türkiyədə daha bir mədən çökdü. Lent.az-ın "sözçü"-yə istinadən məlumatına görə, Şırnakda daş kömürü mədəni çöküb.

İlkin məlumatlara əsasən, çöküntü altında qalan fəhlələrdən 6-sı ölüb, 1-i İtkin düşüb, 1-i yaralanıb.
Bölgəyə çoxlu sayda axtarış-xilasetmə dəstələri göndərilib. Energetika Nazirliyi isə açıqlayıb ki, bu mədən rəsmi icazə olmadan fəaliyyət göstərib.