Türkiyədə prezidentə parlamenti buraxmaq səlahiyyəti veriləcək




Türkiyədə yeni konstitusiyada prezidentə parlamenti buraxmaq səlahiyyəti veriləcək.

Lent.az sozcu.com.tr-yə istinadən məlumatına görə, hükumət tərəfindən konstitusiyaya təklif edilən bu maddə parlamentin komissiyasında qəbul edilərək referenduma çıxarılacaq maddələr sırasına əlavə edilib.

Qeyd edək ki, Türkiyədə hökumət müxalifət partiyası MHP-nin dəstəyi ilə ölkədə konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməyi planlayır. Referendumun bu ilin yayına təsadüf edəcəyi gözlənilir.