Türkiyədə terror aktının qarşısı alınıb




Türkiyənin qərbindəki İzmir vilayətində terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, polis tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının 5 üzvü saxlanılıb.

Əməliyyat zamanı terrorçuların bir sıra dövlət orqanlarına hücum planları aşkar edilib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.