Türkiyədəki son terraktda xarici qüvvələrin "əli" var - DİQQƏT !

Fikrət Sadıqov: "Yaddan çıxarmayaq ki, İŞİD-in qalıqları Suriyada məğlub olub və bir sıra başqa dövlətlərə yayılıblar. Artıq bu dövlətlərin ərazisində fəaliyyətə başlayıblar"


"Terror aktları tək Türkiyədə baş vermir”.

Bunu "Sherg.az”a politoloq Fikrət Sadıqov deyib. 

O bildirib ki, Avropa ölkələrində də belə terror hadisələri baş verir:

"Bu, dünya siyasi mənzərəsinin dəyişilməsi, terror təşkilatlarının güclənməsidir. Yaddan çıxarmayaq ki, İŞİD-in qalıqları Suriyada məğlub olub və bir sıra başqa dövlətlərə yayılıblar. Artıq bu dövlətlərin ərazisində fəaliyyətə başlayıblar.

Məsələnin digər tərəfi isə odur ki, Türkiyə mürəkkəb regionda yerləşir. Şimali İraq, Kürdüstan gərginliyi, PKK-çılara qarşı mübarizə, Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparması, daxildə bir sıra qüvvələrin hakim partiyaya qarşı durması, onların xarici qüvvələr tərəfindən dəstəklənməsi gətirib bu nəticəyə çıxarır. Çünki onlar hakim partiya və indiki siyasi rejimə qarşı yönəlib, anti-fəaliyyət aparırlar”.

Qeyd edək ki, Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində yaralananların sayı 18 nəfərə çatıb.

Aysel Aslan