“MHP-nin yeni hökumətdə təmsil olunmamaq tələbi həm də məsuliyyəti birbaşa AKP-nin üzərinə atması anlamına gəlir”
Türkiyənin çətin günləri qabaqdadır
09:25 03.07.2018
Arxiv
438
“Bundan sonra AKP hakimiyyətinin MHP-yə ehtiyacı daha da çox olacaq”
“MHP-nin yeni hökumətdə təmsil olunmamaq tələbi həm də məsuliyyəti birbaşa AKP-nin üzərinə atması anlamına gəlir”
“MHP-nin yeni hökumətdə təmsil olunmamaq tələbi həm də məsuliyyəti birbaşa AKP-nin üzərinə atması anlamına gəlir”
Türkiyənin yeni hökumətinin tərkibi gələn həftənin sonlarında məlum olacaq. Ölkənin baş naziri Binali Yıldırımın sözlərinə görə, yeni hökumətin səlahiyyətləri 2023-ci ildə bitəcək: "Seçkilər başa çatıb və Türkiyədə normal həyat davam edir. İndi bütün diqqət işə cəmlənəcək”.
Yıldırım bildirib ki, əsas diqqət ixracın artırılmasına yönəldiləcək. Məlumat üçün deyək ki, ötən gün hakim AKP ilə MHP arasında yeni hökumətin qurulması ilə bağlı görüş keçirilib. Görüşün detalları ilə bağlı ətraflı məlumat verilməsə də, ümumi razılığın əldə olunduğu deyilir.
MHP-nin rəsmi açıqlamasında bildirilib ki, onlar AKP-nin bütün namizədlərinə dəstək verəcəklər və özləri namizəd irəli sürməyəcəklər. Tərəflər arasında müzakirə olunan məsələlərdən biri də Türkiyədə 2019-cu ilin mart ayında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkisinin də vaxtından əvvələ çəkilməsidir. Qida, Əkinçilik və Heyvandarlıq naziri Ahmet Eşrefin məlumatına görə, yeni hökumət qurulduqdan dərhal sonra bələdiyyə seçkilərinə hazırlıq başlayacaq: "Bilirəm ki, bu seçki çox ciddi rəqabət şəraitində keçəcək. Məncə, çoxluğun dediyi və arzuladığı kimi, həqiqətən vaxt itirmək lazım deyil. Ölkədə seçki atmosferi varkən, yeni hökumət elan olunandan dərhal sonra növbədənkənar bələdiyyə seçkilərinə başlamalıyıq. Şəxsən mən sentyabr ayında erkən bələdiyyə seçkisinin keçirilməsini istəyirəm”.
Türkiyədəki prosesləri "Şərq”ə dəyərləndirən politoloq Natiq Mirinin sözlərinə görə, "Cümhur İttifaqı”nın qələbəsinə rəğmən, MHP yeni hökumətdə iştirak etməyəcəyi ilə bağlı konkret möqve ortalığa qoyub. Hətta partiya başqanı Dövlət Baxçalı bir qədər sərt olaraq bəyan etdi ki, "əgər MHP-nin hansısa funksionerinə konkret nazir və ya digər post təklif edilərsə, "Cümhur İttifaqı”ının fəaliyyətinə son veriləcək:
"MHP bu mövqeyi ortalığa qoymaqla Türkiyə cəmiyyətinə göstərmiş oldu ki, onlar nə vitse-prezident, nə də nazir nazir postları üçün bu İttifaqda iştirak edib. MHP-nin əsas məqsədi dövlətçiliyin zərər görməməsidir. Görünür, türk toplumu bu mövqeyi qəbul etdiyi üçün MHP ilə bağlı bütün iddialar əsassız oldu. Seçkidən öncə Milliyətçi Hərəkat Partiyasının 10 faizlik barajı aşmaması ilə bağlı iddialar var idi. Amma bütün neqativ gözləntilərə rəğmən, partiya seçki prosesində əsas siyasi fiqur kimi üzə çıxdı”. Politoloq bildirib ki, bundan sonra AKP hakimiyyətinin MHP-yə ehtiyacı daha da çox olacaq: "MHP-nin yeni hökumətdə təmsil olunmamaq tələbi həm də məsuliyyəti birbaşa AKP-nin üzərinə atması anlamına gəlir.
AKP-nin 2023-cü il planı və ondan sonra 2053, 2070-ci illər üçün strateji planları var. Həmin planlar ümumilikdə MHP-nin də maraqlarına uyğun olduğu üçün müəyyən müddət ərzində İttifaqda iştiraka razılıq verib”. Analitikə görə, hakim partiya "Cümhur İttifaqı”na səs verən türk toplumunun aktivliyi səngiməmiş bələdiyyə seçkisində də qələbə qazanmaq istəyir: "Bələdiyyə orqanları bütün seçkilərdə önəmli rol oynayır. Hansısa siyasi qurum özünü xalqa göstərmək istəyirsə, bunun ən yaxşı modeli bələdiyyələrdir.
Çünki həmin qurumlar birbaşa xalqla təmasda olurlar. Onu da nəzərə alaq ki, Türkiyədə indiyə qədər olmayan seçici aktivliyi müşahidə olundu. 87 faiz insan seçkiyə qatılmaqla yeni bir dönəmin başlanğıcını qoydular. Bu gün Qərb dünyasında seçicilər 25-30 faizdən o tərəfə keçə bilmir. Avropa toplumlarında seçkilərə laqeydlik yüksəkdir. Türkiyədə isə bunun əksidir. Ona görə də hakim partiya bu aktivlikdən yararlanmaq istəyir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol