Üç oyunda qapımız toxunulmaz: Çexiyadan da xal aldıq

Bu gün DÇ-2018-in seçmə mərhələsində 3-cü tura yekun vurulur. Azərbaycan millisi də növbəti oyununa çıxıb. Robert Prosineçkinin komandası səfərdə Çexiyanın qonağı olub. Qrupda keçirdiyi hər iki görüşdə qalib gələrək maksimum xal toplayan millimiz çətin səfər qarşılaşmasından da sərfəfli nəticə ilə dönüb.
Milli komandamız seçmə mərhələdə keçirdiyi üçüncü görüşdə də qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, bu komandalar indiyədək cəmi bir dəfə üz-üzə gəlib. 2009-cu ildə BƏƏ-də keçirilən yoldaşlıq görüşü millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb.