UEFA Avropa Liqasının Bakı finalı:“Bu sınaqdan da alnıaçıq çıxdıq”

"Ölkəmizdə keçirilən UEFA final oyunu Azərbaycanın hansı imkanlara malik olduğunu bir daha sübut etdi”.
Bunu "Sherg.az”a açıqlamasında gənc politoloq Kənan Paşayev deyib.
Ekspert bildirib ki, Azərbaycandakı stabillik, təhlükəsizlik və qonaqpərvərlik bir daha anti-Azərbaycan qüvvələrin "qara piar” kampaniyasını iflasa uğratdı:
"Oyun zamanı xoşagəlməz halların baş verməsi, gələn turistlərin və futbolçuların narazı geri dönməsi üçün erməni lobbisinin rəhbərlik etdiyi anti-Azərbaycan qüvvələr hər vəclə çalışdılar. Lakin, Azərbaycan xalqının iradəsi və dövlətin zəngin imkanları bu sınaqdan da alnıaçıq çıxmağımıza şərait yaratdı. Həm ölkədaxili, həm də ölkə xaricindəki qüvvələr bu dəfə də acı məğlubiyyətlə barışmalı oldular”.
İsmayıl