Ukrayna qarışdı: Saakaşvilinin tərəfdarları onu güc strukturlarının əlindən alıblar






Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarları onu güc strukturlarının avtomobilindən çıxarmağa nail olublar.

AZƏRTAC xəbər verir ki, hazırda Saakaşvili tərəfdarlarının iştirakı ilə keçirilən mitinqdə çıxış edir. O, tərəfdarlarını hüquq-mühafizə orqanlarından çəkinməməyə çağırıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanları bir qrup etirazçının müqavimətinə baxmayaraq, M.Saakaşvilini yaşadığı mənzildən çıxararaq avtomobillə hadisə yerindən uzaqlaşdırmağa çalışıblar. Lakin sonradan onun tərəfdarları avtomobilin qarşısını kəsərək irəliləməsinə mane olublar.

Ukrayna Təhlükəsizlik Xidməti ilə Baş Prokurorluğun yaydığı birgə məlumata görə, Saakaşvili Cinayət Məcəlləsinin 256-cı maddəsi ilə - cinayətkar təşkilatla əməkdaşlıqda və cinayət tərkibli əməllərdə ittiham olunur.