Ukraynada dəhşətli yanğında ölən azərbaycanlılar barədə YENİ XƏBƏR




Ukraynada baş verən dəhşətli yanğında ölən azərbaycanlılardan biri Ağdaş, biri Cəlilabad, ikisi isə Sabirabad rayonunun sakinləri olub. Bu barədə Lent.az-a Ukrayna-Azərbaycan Birləşmiş Diasporunun regional təşkilat sədri Həbib Həsənli məlumat verib.
O bildirib ki, ölənlərdən üç nəfəri yanğın zamanı tüstündən boğularaq dünyasını dəyişib. Bir nəfər isə faciəvi hadisədə tamamilə yanıb.
**
12:11
Ukraynanın Zaparojye şəhərində 4 Azərbaycan vətəndaşı yanıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə şəhərdəki "Anqolenka” bazarındakı hosteldə baş verib. Məlumata görə, onlardan biri Bakı şəhər sakinidir. O, bu yaxınlarda vətənə qayıtmalıymış.
Hadisə zamanı həlak olanlardan biri isə hostelin gözətçidir.