Uşaq bağçaları və məktəblərdə qış tətilinin müddəti uzadılıb - Qripə görə
13:36 09.01.2019
Arxiv
504
Gürcüstanın ümumtəhsil məktəblərində qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.
"Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.
Nazirlikdən bildirilib ki, qrip virusu ilə bağlı epidemiya olmasa da, tətilin müddətinin uzadılması qərarı şagird və müəllimlərin sağlamlığının qorunması məqsədilə verilib.
Qurum məktəblərdə tətil müddətində dezinfeksiya işlərinin aparılması ilə bağlı tövsiyələr də verib.
Bundan başqa, Tbilisdəki uşaq bağçalarında da qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb. Bu barədə Tbilisi Uşaq bağçalarının İdarəolunması Agentliyi məlumat yayıb.
Qeyd edək ki, Gürcüstanda "donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiq olunub. Hazırda qonşu ölkədə 640-a yaxın şəxs qripdən xəstəxanalarda müalicə olunur. Onların 39-u Reanimasiya şöbəsindədir.
Məktəblərdə qış tətilinin müddəti yanvarın 14-dək davam etməli idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya