Uşaqlar arasında piylənmə artıb
07:13 19.04.2019
Arxiv
588
"Azərbaycanda da piylənmənin səbəbi bütün dünya ölkələrində olduğu kimi eynidir. 2014-cü il üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycanda da yetkin əhalinin 33 faizi piylənmə və artıq çəkidən əziyyət çəkir".
ONA xəbər verir ki, bunu həkim-dietoloq, piylənmənin müalicəsi üzrə mütəxəssis Emil Hidayətli deyib.
O bildirib ki, hazırda piylənmənin sayı get-gedə artır: "Burda acınacaqlı məqam uşaqlar arasında piylənmənin artmasıdır. Əsas səbəb bizdə də qidalanma faktorudur.
Qida sənayesinin dəyişməsi, qeyri-sağlam qidalanma, oturaq həyat tərzi, passivlik və digər tibbi problemlər bura aiddir. Piylənmə ilə mübarizəni multidisiplinar yanaşma ilə aparmaq, yəni yalnız qidanı, fiziki aktivliyi işə salmadan bir yerdə kompleks şəkildə əməl etmək lazımdır. Biz xəstələrimizi davranış terapiyasının gücləndirilməsinə yönəldirik. Yəni, piylənmədən əziyyət çəkən insanlar vərdişlərinin dəyişməsinin vacib olduğunu anlamalıdırlar. Qida, həyat tərzi, yuxu, fiziki aktivlik vərdişləri dəyişmədikcə, piylənmənin qarşısını almaq da mümkün deyil".
Həkim deyib ki, ildən-ilə proqnozlar daha acınacaqlı hala çevrilir: "2030-cu ildə artıq yer kürəsinin əhalisinin yarısı artıq çəkidən və piylənmədən əziyyət çəkəcək. Bizim qeyri-ixtiyari təkrarladığımız hərəkətlər vərdiş adlanır. Yuxu vərdişi burada önəmli rol oynayır, gecə saat 12-dən sonra yatanlarda piylənmə səbəbləri artır. Bunların hamısının daha sağlam vərdişlərlə dəyişilməsini birgə tətbiq etməklə, biz müsbət nəticələr əldə edə bilərik".
Qeyd edək ki, bu gün Bakıda dünyada piylənmənin idarə olunması sahəsində son elmi araşdırmalar aparmış professor və aparıcı mütəxəssislərin iştirakı ilə "Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya