Uşaqlar niyə tərəvəz yemək istəmir? - İZAH






Amerika Pəhriz Assosiasiyası inadla tərəvəz yeməkdən imtina edən uşaqların belə davranışının sirrini açıblar: balacalar üçün tərəvəz acı dadır.

Tədqiqatda 152 nəfər məktəbəqədər yaşlı uşaq iştirak edib. Əvvəlcə tədqiqatçılar uşaqların yaşıl tərəvəzlərin acımtıl dadına, daha dəqiq desək, 6-n-propiltiourasilə həssaslığını müəyyən ediblər Reseptorların bu maddəyə həssaslığı TAS2R38 geni ilə kodlaşır. Bu gen bloka salınanda, yaxud olmadıqda insan acımtıl tamı hiss etmir.

7 həftə ərzində hər üç gündən bir alimlər balacalara nahar vaxtı müxtəlif cür – təkcə salatın tərkibində, həmçinin 70 qram sous əlavə edilərək hazırlanmış brokkoli təklif ediblər. Məlum olub ki, sous uşaqların brokkolini həvəslə yeməsinə kömək edib, halbuki əvvəllər uşaqların 80 faizi ondan imtina edirmişlər.

Ailə qidalanması laboratoriyasının rəhbəri Orlet Fişer izahat verir: "Uşaq tərəvəz yeməyə alışsın deyə, ona yağlı, yaxud duzlu sous təklif etmək vacib deyil, Sous əvəzinə alma püresi, ya da qatıq yemək olar”.

Bu, heç də insanın ərzağın "xalis” dadına münasibətini dəyişməyə ilk cəhd deyil. Məsələn, duzun dad intensivliyini gücləndirən qoxulardan istifadə etməklə yeməyə qatılan duzun miqdarını 25 faiz azaltmaq mümkündür.

Aysel Aslan