Vardanyan: “Ermənilər artıq döyüşmək istəmirlər”

Ermənilər artıq müharibə istəmirlər.
Bunu erməni politoloq Edqar Vardanyan 24TV-də yayımlanan “İntervyu” verilişində deyib.
Onun sözlərinə görə, Ermənistan vətəndaşı sülh tələb edir.

O, həmçinin ən qısa müddətdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının lehinə danışıb.