“Vaşinqton görüşü müəyyən ümidlər yaradır” - Bolton planı...

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda substantiv mərhələnin başlanmasına çalışaraq İrəvanı güzəştə getməyə məcbur edə bilər”
ABŞ-ın Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları Vaşinqtonda aparılmasını təklif etməsi, regionda ABŞ-Rusiya rəqabətinin nəticəsidir.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, ABŞ-ın Qarabağ münaqişəsinin həllinə yanaşması ərazi bütövlüyünü özündə ehtiva edir: 
"Sülh qarşılışında ərazilərin qaytarılması Vaşinqtonun düsturudur. Göründüyü kimi rəsmi İrəvanın son bəyanatları Vaşinqtonun Qarabağ siyasətinin əleyhinədir. Vaşinqtonun ötən il münaqiqşənin həllində fəallığını nəzərə alsaq, bunu həmin prosesin davamı kimi qiymərləndirmək lazımdır. 
Məhz ötən həftə Moskavada keçirilən görüşə Vaşinqton Rusiyanın konflikti tormozlama siyasəti kimi baxır. Ona görə də Vaşinqton danışıqlarda substantiv mərhələnin başlanmasına çalışaraq İrəvanı güzəştə getməyə məcbur edə bilər. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Con Boltonun planı da bununla bağlıdır”.
Analitikin sözlərinə görə, Azərbaycan tərəfi Vaşinqton görüşünə daha isti baxmalıdır: 
"Yalnız, bu ölkə münaqişənin həllində maraqlarımıza uyğun mövqe ortaya qoyur. Moskva isə, ərazilərin boşaldılması deyil, işğalı uzatmaq üçün humanitar aksiyaları irəli sürür. Hesab edirəm ki, Moskva və Vaşinqton arasında yarış bizim xeyrimizədir. Vaşinqton görüşündən Ermənistan məmnun deyil. Çünki, ərazilərin boşaldılması Ağ Ev tərəfindən konkret olaraq masaya qoyulacaq. Rəsmi Bakı Vaşinqtonun bu təşəbbüsünə dəstək verməli və çalışmalıdır ki, ABŞ prosesdə fəal olsun”.
Siyasi şərhçinin fikrincə, Vaşinqton görüşü real nəticələrə söykənən bir porses ola bilər: 
"Rəsmi Bakının Vaşinqtonla konfedensial danışıqlarının nəticəsində bu proses canlandı. ABŞ çalışmalıdır ki, Paşinyanın Rusiya yönümlü siyasətin qarşısını alsın. Vaşinqton görüşü müəyyən ümidlər yaradır. Hesab edirəm ki, Bolton planı yenidən masaya gətiriləcək. ABŞ-ın Cənubi Qafqaza marağı artıqca, çalışacaq ki, münaqişə həll edilsin. Baxmayaraq ki, Minsk formatında təmsil olunurlar, ABŞ-la Rusiyanın Qarabağ münaqişəsinin həllində mövqeyi daban-dabana ziddir”.
İsmayıl