
“Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir”
13:41 11.04.2019
Arxiv
906
"Ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, uğurlu xarici siyasətin təşəbbüskarı və təminatçısı Prezident İlham Əliyevdir”.
Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin qazandığı bütün uğurların kökündə Heydər Əliyev siyasətinə sadiqlik və onun dünyanın yeni geosiyasi reallıqları kontekstində davam etdirilməsi kursu dayanır:

"Azərbaycan son 16 il ərzində məhz Prezident İlham Əliyevin məqsədyönlü, sistemli, düşünülmüş və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilib. Xalq öz Prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Azərbaycanı milli dövlətçilik maraqlarımıza uyğun gəlməyən heç bir beynəlxalq kampaniya və macəralara cəlb etmək mümkün deyil”.
Parlament üzvünün sözlərinə görə, Azərbaycanın möhtəşəm uğurlarını şərtləndirən bu siyasi kurs Prezident tərəfindən son 1 il ərzində yeni məzmunla zənginləşdirilib:
"Başqa sözlə, dövlətimizin başçısının təşəbbüsü ilə prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsinə keçidin anonsu verilib. 2019-cu ilin əvvəlindən başlayaraq sosial-iqtisadi sferada köklü və sistemli dəyişikliklərə başlanılıb. Bu islahatlar küll halında xalqımızın sosial rifahının yüksəlməsi mənafeyinə xidmət göstərir. Başqa cür ola da bilməz.
Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, bütün siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev sosial paketdən olan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, o, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Xüsusi həssas kateqoriyadan olan insanlar - şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkünlər və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunublar”.
E.Nəsirov bəyan edib ki, dövlət başçısı İlham Əliyevin dərin sosialyönümlü islahatları öz əhatə dairəsini genişləndirməkdədir:
"Cari ilin martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, minimum əməkhaqqının və minimum pensiyanın təxminən 40 faiz artması, nəticə etibarilə, 830 minə yaxın insanı əhatə edib.
Sosial müavinətlərin orta hesabla 100 faiz artırılması təqribən 600 min insana şamil edilib. Çoxmənzilli binaların sənədləşdirilməsi isə təxminən 350-400 min nəfər insanın bu sahədə mövcud problemlərinin birdəfəlik həllinə gətirib çıxaracaq. Bundan savayı, tələbələrin təqaüdlərinin artırılması ilə təxminən 100 mindən çox tələbənin maliyyə vəziyyətinin yaxşılaşdırılması təmin edilib. Dövlət başçısının problemli kreditlər məsələsinin həllini özündə ehtiva edən Fərmanı çox ciddi sosial təşəbbüs olmaqla cəmiyyət daxilində böyük müsbət rezonans doğurub. Fərman təxminən 800 min insanı əhatə edir.
Dövlətimizin rəhbəri insanları ciddi narahat edən bu problemin həlli məsələsinin əhəmiyyəti haqqında bəhs edərkən haqlı olaraq vurğulayıb ki, "Bu Fərmanın dünyada analoqu yoxdur. Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır. Yəni, bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət