Xanım deputat etiraz etdi: "Bu bizə qarşı hörmətsizlikdir"





"Orden və medalların təsis edilməsi prezidentin hər bir peşə sahiblərinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Lakin medallar təsvir edilərkən medalın ön tərəfindən qızılı qaytan formasında dekorativ elementlərlə əhatə olunmuş dairə, onun mərkəzi hissəsində səkkizguşəli ulduz daxilində təyyarə və qlobusdan ibarət kompozisiya təsvir olunub. Arxa hissəsi də yenə belə təfərüratla təsvir olunur. Lakin bizə təqdim olunan variantda medalın ön və arxa hissəsi aydın görünmür. 

Belə olan halda biz medalın dizaynını hazırlayan insanların sözünə inanmalıyıq. Çünki təqdim olunan təsvirdə heç nə görünmür, başa düşmək olmur".

 Sherg.Az bildirir ki, bu sözləri medal təsisi ilə bağlı danışarkən, xanım deputat Elmira Axundova səsləndirib. Millət vəkili vurğulayıb ki, dediyi hal, hər dəfə deputatlara medal təsvirləri göndəriləndə təkrarlanır: "Bu, deputatlara qarşı hörmətsizlikdir. Bizim ümumi şöbənin burada günahı yoxdur. Onlar sadəcə bu şəkildə alıb çoxaldırlar. Mən xahiş edirəm ki, bizə medal və ordanlərin təsvirlərini daha aydın göndərsinlər ki, bilək söhbət nədən gedir”.

Xanım deputata cavab verən spiker Oqtay Əsədov bildirib ki, gələn dəfə bu məsələyə baxılar. 

Anar