Xarici vətəndaşların Azərbaycanda bank kartları üzrə dövriyyəsi 16 faiz artıb





Bu ilin may ayında Azərbaycandan qeyri-neft sektoru üzrə ixracın dəyəri 182 mln. ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramin Hüseyn deyib.

Onun sözlərinə görə, ötən ay qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Rusiya (87,8 mln. dollar) Türkiyə (27,1 mln. dollar), İsveçrə (16,9 mln. dolları), Gürcüstan (13,5 mln. dollar) və Niderland (6,3 mln. dollar) qərarlaşıb.

"Mayda qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) 1-ci (54,3 mln. dollar), kartof 2-ci (16,3 mln. dollar), qızıl isə (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) 3-cü (14,1 mln. dollar) olub", - deyə departament rəhbəri qeyd edib.

İİTKM rəsmisi onu da bildirib ki, mayda ölkəyə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 107,3 mln. manat təşkil edib və bu, ötən ilin may ayı ilə müqayisədə 16% çoxdur.