XƏBƏRDARLIQ: Vakant yerdən imtina ərizəsi yazmayan müəllimlər növbəti yerləşdirmədə iştirak hüququnu itirəcəklər
17:08 16.08.2018
Arxiv
644
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə vakant yerlərdə yerləşdirilən, lakin sonradan orada işləmək istəməyən və buna görə imtina ərizəsi yazmayan şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar.
Trend-in məlumatına görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə deyib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsində iştirak edərək vakant yerləri tutan və müsahibə mərhələsində işə qəbuluna razılıq verilən namizədlər həmin yerlərdə işləmək istəmədikləri zaman imtina ərizəsi yazmalıdırlar:
"Belə namizədlərlə bağlı müəyyən bir müddət var. Həmin şəxslərdən xahiş edirik ki, düşdükləri vakansiyada işləmək istəməyəcəkləri təqdirdə avqustun 28-dək İnsan Resursları Mərkəzinə gələrək imtina ərizəsini yazsınlar. Bununla da biz bilək ki, hansı namizəd düşdüyü yerdən imtina edir. Vakansiyanı tutan, lakin həmin yerdə işləmək istəməyən şəxslər növbəti yerləşdirmədə iştirak hüququnu itirmiş olacaqlar. Bu addım sanksiya xarakterli deyil və cəzalandırma da hesab oluna bilməz. Sadəcə olaraq, məsələnin texniki tərəfi də var. Bu da ondan ibarətdir ki, vakant yerlərə yerləşdirilmiş şəxslər mərkəz tərəfindən işə qəbul olunmuş hesab edilirlər. Ona görə də onlar növbəti yerləşdirmədə iştirak etməyəcəklər. Bu səbəbdən müəllimlər bu məqamı xüsusi diqqətdə saxlasınlar”.
Qeyd edək ki, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsinə buraxılıb.
Avqustun 13-dən başlayan müsahibə mərhələsi avqustun 18-dək davam edəcək. Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm