Xərçəng toy şəkillərində ortaya çıxdı

2 uşaq anası olan qadın, 9 il əvvəlki toy şəkillərinə baxarkən sağ sinəsinin üstündə qırmızı bir ləkə olduğunun fərqinə vardı.
"Daily Mail”in xəbərinə görə, 41 yaşlı Deborah Crofts, əvvəl əhəmiyyət vermədi, ancaq 1 il sonra kürəyində də bir ləkə böyüməyə başladı. Bundan sonra onu sinəsindəki ləkə narahat etdi. Köhnə fotolarında dərisindəki ləkələri görərək şok olan Deborah, "2008-ci ildəki tətil fotolarıma baxınca ləkə çox aşkar görünürdü. Ancaq xərçəng ola biləcəyim qəti ağılıma gəlmədi.” deyə danışır. Bal ayından sonra sinəsindəki ləkə qabıq bağlayan qadın, vəziyyətə yenə əhəmiyyət verməməyə davam etdi. Ta ki kürəyində də bir ləkə baş qaldırana qədər. Qadına ən çox yayılmış dəri xərçəngi növü olan bazal hüceyrəli karsinom diaqnozu qoyuldu. Bazal hüceyrəli karsinomun başlıca səbəbi, günəş və ya solarım ilə yaranan UV şüalarıdı. Xərçəng, bədənin hər yerində görünə bilir, ancaq geniş şəkildə günəşə ən çox məruz qalan hissələrdə təsadüf edilir. Qadın, xərçəngdən xilas olmaq üçün bıçaq altına düşdü. Ancaq xərçəng yenə təkrarlandı. Deborahın müalicəsi hələlik tamamlanmasına baxmayaraq xərçəngin yenidən yaranma riski var. Buna görə qadının 6 ayda bir müayinəyə getməsi lazımdır.