Xəyalı gerçəkləşdi: Atı ilə 6 günlük yolla əsgərliyə getdi - FOTOLAR

 
Türkiyənin Sivas şəhərində yaşayan 28 yaşlı Ahmet Turan Duman adlı gənc atıyla əsgərliyə getmək xəyalını reallaşdırdı.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir atı ilə əsgərliyə getməyin xəyalını quran gənc, atı olmadığı üçün bu arzusunu gerçəkləşdirə bilmirdi. Nəhayyət, atçılıqla məşğul olan bir sahibkar ona at hədiyyə etdi və Ahmet Turanın sevinci yerə-göyə sığmadı.
Gənc çağırışçı bundan sonra təxirə saldığı hərbi xidmətini yerinə yetirməyə qərar verdi. Bu səhər erkən saatlarda hədiyyə edilən atının yanına fermaya gedən Turan atını və özünün hazırılıqlarını tamamladı. Fermada bütün işlərini yekunlaşdıran Duman, ailə və yaxınları tərəfindən fermadan hərbi xidmətə yola salındı. Sivasdan Ankaraya qədər atı ilə çığır yollarla hərəkət etməyi planlaşdıran Ahmet, 6 günə Ankaraya çatmağı hədəfləyir. O, Ankaradan hərbi hissəyə isə avtobusla gedəcək. Gündə təxminən 80 kilometr yol gedəcək Ahmet, kənd və qəsəbələrdə düşərgə salacaq.
 
Ahmet Turan 6 günə Ankaraya çatacağını ifadə edərək, "Bir xəyalım vardı. Öz atımla düşərgə salaraq şəhərlərarası səyahət etmək istəyirdim. Öz atım olmadığı üçün mümkün deyildi. Əsgərliyə getmək istədim. Bu atı mənə Klub Başçımız Yasin qardaşım hədiyyə etdi. Arzuma çatdım. Təxminən min kilometrlik bir yoldur. Çığır yollardan istifadə edəcəyəm. Asfalt yola heç çıxmayacam. Hər qəsəbədə atımın qidasını təmin edəcəm və sağlamlıq müayinəsindən keşirəcəyəm" deyə sevincini bölüşür.
Anası Suna Duman da oğlunun arzusu çin olduğu özünü çox xoşbəxt hiss etdiyini söyləyir.
Turan Nəzərli