Xüsusi təyinatlıların taktiki-xüsusi təlimindən görüntülər
16:22 31.08.2021
Arxiv
495
Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.
Təxribatçıların gizləndikləri binada səssizcə mövqelənən snayper cütlükləri qrupların təhlükəsiz hərəkətini təmin etmək üçün fəaliyyət göstərirlər.
Xüsusi təyinatlı qruplar terrorçuların gizləndikləri binaya gizli şəkildə daxil olaraq təxribatçıları zərərsizləşdirməyə başlayırlar.
Antiterror əməliyyatını itkisiz başa vurmaq və qaçırılmış pilotun sağ şəkildə azad edilməsi üçün digər bir qrup da helikopterlə binaya endirilir.
Xüsusi təyinatlılarımız şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda tətbiq edilən yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.
Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar terrorçuları tam tərkibdə məhv edir, aviabazanın pilotunu azad edərək kimliyini dəqiqləşdirir və əməliyyat rayonundan uzaqlaşırlar.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun müşahidəçi və təlimatçı qismində iştirak etdiyi təlimin uğurla başa çatması münasibətilə mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə sarsılmaz qardaşlığın nümunəsi olan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının əhəmiyyətindən danışan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev taktiki-xüsusi təlimdə xüsusi təyinatlı bölmələrin şəxsi heyətinin yüksək peşəkarlıq, vətənpərvərlik və döyüş təcrübəsi nümayiş etdirdiyini diqqətə çatdırıb.
Sonda hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol