Yanıltmacları yanılmadan deyir... -Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO








Bakı sakini Vəfalı Sofiyev 1 ilə yaxındır ki, özünə maraqlı hobbi seçib.

Xezerxeber.az-ın məlumatına görə, o, İnternetdə olan bütün yanıltmacları əzbərləyib.

Vəfalı Sofiyev Azərbaycan folklorunda olan əksər yanıltmacları bir dəfə də olsun yanılmadan deyir.


Onun sözlərinə görə, qısa bir vaxtda Azərbaycan dilində tapa bildiyi bütün yanıltmacları əzbərləyib, bitirib. Bundan sonra Türkiyə ədəbiyyatında olan yanıltmacları öyrənməyə başlayıb.


Vəfalı Sofuyevin başqa bir bacarığı isə çətin sözləri sürətli oxumasıdır. Onun iddialarına görə, Azərbaycanda ondan sürətli yanıltmac deyən yoxdur. Hətta maşın nömrələrini də hər kəsdən sürətli deyir.


Özünə rəqib axtaran yanıltmac usatsı Ginnesin Rekordlar Kitabına düşmək istəyir.


Hazırda fərqli mənbələrdən yanıltmaclar axtaran Vəfalı Sofuyevin ən böyük istəklərindən biri türk dünyası ədəbiyyatında olan bütün yanıltmacları öyrənməkdir.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: