"Yapon avtomobilləri “yeriyən tabutdur”" - EKSPERT




"Maşın bazarında qiymətin artması və azalması müşahidə edilmir”

Bu sözləri "Sherg.az”a maşın bazarındakı hazırkı durumu dəyərləndirərkən "Avrtosfer.az" avtomobil üzrə ekspert Elməddin Muradlı söyləyib”

Onun qənaətincə, maşın bazarında elə bir dəyişiklik yoxdur:

"Hələki sabitlik davam edir. Nisbətən əhalinin maşınlara tələbatı artıb. Bu ölkədə turizmin inkişafı ilə əlaqədardır. Turistlərin gəzdirilmsi üçün ayrı-ayrı şəxslər və bəzi agentliklər mikro avtobusları alır. Buna görə, bazarda mikro avtobuslar üstünlük təşkil edir. Hazırda Gürcüstandan ölkəyə "Mercedes Viano”, "Mercedes Sprinter”, "Hunday” kimi markaların sırf mikroavtobusları gətirilir. Yeni model avtomobillərlə bazarlarda az hallarda rastlaşırıq. 

Amma bazarda olanlara tələbat var. "Tarata Landkuruzer”, "Lexsus”, "Mercedes”, "Porşen” kimi avtomobillərin müəyyən modelləri şəhərin bazarlarında satılır. Onların da öz alıcı təbəqəsi var. Hətta bəzi maşınlar var ki, onların yeni modelini gözəyirlər. Həmin maaşının baha olmasına baxmayaraq, ölkəyə gətirilən kimi satılır. Bəziləri büdcələrinə uyğun "Tofaş”, "Prenom”, "Priora” kimi modellərə üstünlük verir. Bundan başqa "Mercedes” modellərinin "ikinci əl” avtomobilləri bazarda dövr edir. Yay mövsümü ilə əlaqədar olaraq insanlar rahatçılığı üçün kondisionerli  avtomobilləri daha çox üstün tutur. Bununla da maşın bazarında kondisionerli avtomobillərə daha çox tələbat yaranıb. 

Yapon istehsalı avtomobillərdən insanlar bir az uzaq gəzir. Vaxtında demişdik ki, o cür avtomobilləri müsbət qiymətləndirmirik. Çünki o avtomobillərin heç bir təhlükəsizlik elementləri yoxdur. Sanki Yapon avtomobilləri "yeriyən tabutdur”. Maşında yalnız təhlükəsizlilk kəməri insanları qoruyur. Amma başqa heç bir təhlükəsizlik elementi yoxdur. Lakin Almaniya və digər ölkələrin istehsalı olan avtomobillər bütün təhlükəsizlik elementləri ilə təmin olunub. Yapon avtomobillərini hazırda istifadə edənlər də var. Hətta bəziləri onu taksi kimi fəaliyyətlərində də istifadə edir. 

Amma zamanın tələbi ilə əlaqədar olaraq həmin avtomobillər dövriyyədən çıxacaq. Hazırda Azərbaycanın öz istehsalı olan avtomobillər də bazarlara çıxarılıb. Həmin avtomobillərin qiymətləri normaldı. Sadəcə olaraq, həmin zavod maşının keyfiyyətinə müştəriləri inandıra bilsə, çox yaxşı olacaq. Təəssüf ki, bizim öz istehsalımız olan avtomobilləri zavod reklam etmir, təbliğatını aparmır. Bir dəfə təqdimat olunub deyə elə bilirlər ki, cammat gəlib alacaq. 

Bu avtomobillərin televiziyada bir dəfə olsun reklam çarxı olmayıb, doğru- düzgün sosial mediada məlumatları yoxdur. Belə olduqda maşınların satışında problem ola bilər. Məsələn, "Mercedes” avtomobillərinin reklama ehtiyacı yoxdur. Amma o zavod reklama xüsusi diqqət ayırır. Reklam rəqabət yaratdığı üçün vacib bir amildir. Hələki, təzə açılmız bir zavod üçün bu lazımdır”.

Kənan Eynuroğlu