Yaponiya şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda iştirakı...




Azərbaycanın qeyri-neft sektorunun inkişafında Yaponiya şirkətlərinin iştirakı gözlənilir

Bu barədə APA-ya Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi deyib.

"Azəri-Çıraq-Günəşli” yatağında, həmçinin Bakı-Tiflis-Ceyhan layihəsində Yaponiyanın payı var. Bu il məqsədimiz bu sahədə çalışan 2 yapon şirkətinin gördükləri işləri daha da inkişaf etdirməkdir”, deyə səfir bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan qeyri-neft sektorun inkişafına meyil edir, iqtisadiyyatın diversifikasiyasına üstünlük verir: "Buna görə də yeni sahələrdə Yaponiyanın şirkətlərinin bu istiqamətdə iştirakı gözlənilir."