Yol qəzasına görə sığorta ödənişləri niyə gecikir? - RƏSMİ CAVAB
09:57 02.07.2018
Arxiv
412
Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Agentlik) və İcbari Sığorta Bürosunun (İSB) üçtərəfli görüşü baş tutub.
Birlikdən "APA-Economçics"ə verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Agentliyin sədrinin müşaviri, Elektron Hökümət və Rəqəmsal İnnovasiyalar şöbəsinin müdiri Ceyhun Salmanov və İSB-nin İcraçı direktoru Rəşad Əhmədov iştirak edib.
Görüşün əsas müzakirə mövzusu avtonəqliyyat hadisələri zamanı Dövlət Yol Polisi tərəfindən verilən 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsi olub. Birliyin sədri bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı 4 saylı arayışın verilməsinin gecikdirilməsi, bilavasitə, sığorta ödənişlərinin gecikməsinə səbəb olur: "Bu isə sığortalıların sığortaya və sığorta şirkətlərinə olan inam və etimadın zəifləməsinə gətirib çıxarır".
Məsələnin sosial əhəmiyyətliliyini vurğulayan Birlik rəhbəri 4 saylı arayışın Agentlik tərəfindən təmin edilməsinin sığorta hadisələri hesab olunan hallar üzrə operativ qaydada sığorta ödənişlərinin verilməsi ilə nəticələnəcəyini və bununla da, sığorta bazarından məmnun müştərilərin sayını artıracağını qeyd edib. Bu məsələdə İSB-nın mövcud elektron sistem infrastrukturunun faydalı olacağı diqqətə çatdırılıb.
Bununla yanaşı, səfər sığortasının "Asan Visa" vasitəsilə elektron qaydada təmin edilməsi təklif edilib. Ölkəyə səfər sığortası olmadan səyahət edən və ölkədən gedən şəxslərin bu yolla səfər sığortasını asanlıqla əldə edə biləcəyi qeyd edilib. Eyni qaydada, səfər sığortasının səyahətdə olan şəxslərin gözlənilməz hadisələr zamanı onları kompensasiya etməsi, hətta ölüm hallarında belə repatriasiya xərclərini qarşılaması baxımından sosial yönümlü bir məhsul olduğunu nəzərə alınaraq, bu addımın ictimaiyyət üçün təşviqedici xarakter daşıdığı bildirilib.
Görüşün yekununda təklif edilən məsələlər üzrə İşçi qrupunun yaradılması və bu sahədə işlərin görülməsi nəzərdən keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat