Yollarda peyda olan əzrayıllar kimlərdir?- İZAH

Ərşad Hüseynov : "Avtomobil qəzalarının artmasına qaydaları bilməyən sürücülər səbəb olur”



Avtomobil qəzalarının 51.8 faizi sürücülərin sürət həddini aşması səbəindən baş verir.

Bu barədə Sherg.az-a 10 ay ərzində 638 nəfərin yol qəzasında ölməsi xəbərinə münasibət bildirərkən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məlumat verib. 

Ekspertin sözlərinə görə əksər sürücülər mövcud yol hərəkəti qaydalarından bixəbərdirlər: " 

Sürücülük vəsiqəsi almalarına baxmayaraq, əksəriyyətin avtomobili idarə etmək potensialı, hazırlıq səviyyəsi, qaydaları bilmə dərəcəsi qənaətbəxş deyil. Bu səbəbdən yol hərəkəti qaydalarını ən adi vəziyyətlərdə belə pozurlar. Burada ən əsas təbliğ olunmalı məsələ isə təhlükəsizliyə, sürət həddinin aşılmamasına diqqət etməkdir. Müşahidələr göstərir ki, Azərbaycan sürücüsünün sürət həddi barədə təsəvvürü minimaldır. Vəsiqə alan hər sürücü təhlükəsizlik və yol hərəkəti qaydalarını ciddi şəkildə öyrənməli, ən əsası bunlara riayət etməlidir”.

Qeyd edək ki, 2016-ci ilin 10 ayı ərzində respublika ərazisində 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Və qəza nəticəsində, ümumilikdə 638 nəfər dünyasını dəyişib.

Aysel Aslan