Yük və sərnişin daşımaları həyata keçirən sürücülər xüsusi kurslar keçəcək
09:24 24.07.2018
Arxiv
405
Ölkəmizdə təhlükəsiz daşımaların həyata keçirilməsi ilə bağlı sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyəti təkmilləşdirilir. "Sherg.az" xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən "Təhlükəsiz xidmət - peşəkar sürücü” konsepsiyası əsasında kompleks tədbirlər planı hazırlanıb.
Tədbirlər planına əsasən, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazası beynəlxalq standartlara uyğunlaşdırılacaq. Bu istiqamətdə işlərə artıq start verilib. Təlim-Tədris Mərkəzində ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması planlaşdırılıb. Nəzərinizə çatdıraq ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Təlim-Tədris Mərkəzi respublikamızda müxtəlif kateqoriyalar, o cümlədən "A” kateqoriyası üzrə peşəkar sürücü kadrların hazırlanması istiqamətində fəaliyyət göstərən ilk tədris müəssisəsidir.
Təlim-Tədris Mərkəzində əyani vəsait və avadanlıqlarla təchiz olunan "A”, "B”, "BC”, "D”, "BE”, "CE”, "DE” kateqoriyaları üzrə sinif otaqları, Simulyator otağı, eləcə də taksi minik avtomobili sürücülərinin, avtobus sürücülərinin peşə fəaliyyətinə və davranışına dair kursların aparılması üçün tədris kabinetləri və imtahan zalı mövcuddur.
Tədris müəssisəsi ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrinin sürücülərinin peşə hazırlığının artırılması istiqamətində də fəaliyyət göstərir.
İndiyə qədər Mərkəzin tədris bazasında müvafiq kateqoriyalar üzrə və peşə fəaliyyətinə və davranışına aid təşkil olunan kurslarda eyni zamanda 150-200 nəfər təhsil ala bilirdisə, yeni plana uyğun olaraq 300-400 nəfərin təhsil alması üçün şərait təmin olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə əsasən ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar. Eyni zamanda, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Beynəlxalq yük daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinin sürücüləri də beynəlxalq yük daşımalarına dair beynəlxalq konvensiyalar, sazişlər və digər sənədlər, habelə bu daşımaların xüsusiyyətləri barədə zəruri biliklərə malik olmaq üçün proqram üzrə xüsusi hazırlıq keçməlidirlər.
Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinə uyğun olaraq beynəlxalq daşımalarda iştirak edən sürücülərlə yanaşı, menecerlərin də xüsusi təlim keçməsi nəzərdə tutulub.
Həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr daşımaların təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına hesablanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol