Zəvvarlara şad xəbər: "Həcc üçün güzəşt edilib"






"Zəvvarlar üçün edilmiş yeni dəyişiklik bəzi zəvvarların xeyrinədir”.

Bu barədə"Sherg.az”a Qafqaz Müsəlmanlar İdarəsindən (QMi) zəvvarların ziyarət ödənişini hissə-hissə etməsi ilə bağlı verilən açıqlamaya münasibət bildirərkən ilahiyatçı-alim Hacı Şahin Həsənli bildirib.

Onun sözlərinə görə, QMi həcc ziyarətinə getmək istəyənlər üçün nəzərdə tutulmuş məbləğin ödənilməsini asanlaşdırıb:

"Əslində zəvvarlar üçün güzəşt edilib.Həcc üçün ödəmənin müddəti uzadılır. Ödəmənin tərzində isə müsbət baxımdan dəyişiklik olub. Dəyişikliyə görə, həmin müddət ərzində zəvvarlar həcc üçün nəzərdə tutulmuş məbləği hissə-hissə ödəyəcək. 

Bəzi zəvvarların həmin pulu birdəfəyə ödəməyə pulu olmur. Bu yenilik onlara güzəştdir. Əslində bu kredit deyil. Yenə həmin məbləğ ödəniləcək. Sadəcə məbləğ hissə-hissə ödəniləcək. Əgər istəyən olarsa, nəzərdə tutulmuş məbləği birdəfəlik və ya hissə-hissə ödəyə bilər. O məqamlar zəvvarların öz ixtiyarındadır. Yeni verilmiş bu qərar bəzi zəvvarların xeyrinədir”.

Qeyd edək ki, Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər.
Ödənişin son tarixi 1 may 2018-ci ildir.

Məlumçat üçün bildirək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb.

Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir.

Kənan Eynuroğlu