1 yaşlı uşağın qətli ölkəni silkələdi: "Kimin kimə zərər verəcəyi bilinmir" – Psixoloji böhran!
Fidan Həmişəyeva
14:27 31.05.2021
Cəmiyyət
521
Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib. 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlunu boğaraq qətlə yetirib.
Hadisənin bəzi təfərrüatı meydana çıxıb. Məlumata görə, 1 yaşlı oğlu Ruzini qətlə yetirən 28 yaşlı V.Əliyev paytaxtda fəhləliklə məşğul olurmuş. O, hadisənin baş verdiyi evə təxminən iki həftə əvvəl köçübmüş və orada kirayədə qalırmış. Qonşular deyir ki, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə yollanan V.Əliyev 2020-ci il təvəllüdlü körpəsini boğaraq öldürüb.
Yeganə övladının ölümünə inana bilməyən V.Əliyevin həyat yoldaşı körpənin cansız bədənini götürərək kiçik bir ümidlə olsa da, küçəyə qaçıb. Köməyə gələnlər Ruzinin öldüyünü görüblər. O isə qonşulara “uşağı əmizdirəndən süddən boğulub” deyib. Lakin ilkin istintaqla cinayətin zərərçəkmişin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Bədbəxt hadisəni “Sherg.az”a dəyərləndirən yazıçı-jurnalist Türkan Turan bildirib ki, baş verənlərin yaşanmasına səbəb olan əsas amillərdən biri pandemiyanın yaratdığı fəsadlardır.Yazıçının fikrincə, nə olursa olsun, belə əməlin törədilməsi iyrəncdir:
“Xəbəri oxuyanda ağlıma bir fikir gəldi:“Sanki ölkə olaraq “cinnət keçiririk”. Düşünürəm ki, bu hadisənin yaşanmasında pandemiyanın da müəyyən rolu var. İnsanlar o qədər dərin psixoloji böhran içindədirlər, artıq kimin kimə zərər verdiyi bəlli deyil. 1 yaşlı uşaq nə edə bilər ki? Əlbəttə, heç bir halda hansısa qətlə bəraət qazandırmaq olmaz. Lakin nə baş verə bilər ki, ata 1 yaşlı övladına boğaraq öldürsün? Bu, sadəcə dəhşətdir”.
T.Turan qeyd edib ki, son günlər gənc ataların çox pis əməllərlə məşğul olduğunu müşahidə edir:
“Dünən 26 yaşlı narkoman atanın övladına xoşagəlməz hərəkətinin şahidi oldum. Düşünürəm ki, bu durum erkən evliliyin də fəsadı ola bilər. Kişilərin də erkən evlənmə problemi var. Çünki atalıq duyğusunu dərk etmirlər. Hər kəs ata, ana ola bilməz. Hadisənin yaşanmasına bir çox amil səbəb ola bilər: psixoloji faktorlar, erkən evliliyin fəsadı, pandemiyanın yaratdığı gərginlik. Əlbəttə, erkən yaşda ata olan çox gözəl nümunələr də var. Amma elə bir sürətli dövrdə yaşayırıq ki, hər kəs atalıq duyğusunu dərk edə bilməz. Məhz hadisəni törədən şəxs də bu duyğu ilə uzlaşmır. Ümumiyyətlə, bu cür anormal qətllərə çox rast gəlirik.
Yalnız Azərbaycanda yox, müxtəlif ölkələrdə belə hallarla qarşılaşırıq. Ancaq 1 yaşlı körpənin öldürülməsi çox dəhşətli əməldir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət