Nazir: "Azərbaycan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə böyük əhəmiyyət verir"
Yusif Nəzərli
09:44 14.10.2021
Qarabağ
882
"44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verilib və ölkəmizin ərazi bütövlüyü təmin edilib".
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
Nazir çıxışında 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və bunun doğurduğu ağır nəticələrdən bəhs edib.
C.Bayramov regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb.
XİN başçısı Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb.
O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Nazir bu xüsusda toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq içləri barədə ətraflı məlumat verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət