18 məktəb direktoru, 14 bağça müdiri işdən çıxarılıb - RƏSMİ
Yusif Nəzərli
08:18 26.04.2023
Cəmiyyət
354
2023-cü ilin əvvəlindən etibarən Elm və Təhsil Nazirliyi, həmçinin yerli təhsili idarəetmə orqanları tərəfindən ümumi və məktəbəqədər təhsil müəssisələrində monitorinqlər aparılır.
Nazirlikdən verilən xəbərə görə, ümumi təhsil müəssisələrində məktəbə rəhbərlik və nəzarətin həyata keçirilməsi, fərdi təhsil, dərnək və dərsdənkənar məşğələlərin təşkili, müəllimlər arasında dərs yükü bölgüsünün qiymətləndirmə nəticələrinə uyğun aparılması, şagird və işçilərin davamiyyəti, tədris-pedaqoji sənədlərin tərtibi, sinif komplektlərinin normativ sənədə uyğun təşkili, həmçinin kadr inzibatçılığı, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yoxlamalar zamanı qeyd edilən sahələr üzrə aşkar olunmuş nöqsan və çatışmazlıqlar nəticəsində 18 ümumi təhsil müəssisəsinin direktoru tutduğu vəzifədən azad olunub.
Bununla yanaşı, dövlət məktəbəqədər təhsil müəssisələrində də rəhbərlik və nəzarətin həyata keçirilməsi, normativ hüquqi aktların tələblərinə riayət olunması, uşaqların qida təminatı və anbar uçotunun qanunauyğun aparılması, təlim-tərbiyə prosesinin təşkili, işçilərlə əmək münasibətləri tənzimlənən zaman əmək qanunvericiliyinin tələblərinə əməl olunması, işçilərin əmək intizamı və əmək funksiyası üzrə vəzifə öhdəliklərini yerinə yetirməsi və digər sahələr üzrə yoxlamalar aparılıb. Yekun olaraq, aşkarlanmış nöqsan və çatışmazlıqlar nəticəsində 14 dövlət məktəbəqədər təhsil müəssisəsinin müdiri işdən azad edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou
Bloomberg: Putin Ukraynaya zərbələri gücləndirməyə hazırlaşır
02:32 27.08.2026
Gündəm