Məmur reket-“jurnalist” Ata Abdullayevin məhkəməsinə gətiriləcək
Yusif Nəzərli
08:31 16.11.2021
Cəmiyyət
452
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən reket-“jurnalist” Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Report” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində telefon mağazasında satıcı işləyən Siyavuş Kərimov dindirilib.
O bildirib ki, A.Abdullayevi 2007-ci ildən tanıyır:
“Ata bir neçə dəfə telefon təmir etmək üçün mağazaya gəlib. O, iki-üç ildən bir telefon dəyişirdi. Sonuncu dəyişdiyi telefon “iPhone 11” və “iPhone 12” idi. Onun telefonunu dəyişdim, bilmirdim ki, onu necə alıb və ya neçəyə alıb”.
Daha sonra məhkəmədə qeyd edilib ki, şahidlərdən biri - Ziya Məmmədov ölkə xaricindədir. Buna görə prosesdə onun istintaqa verdiyi ifadə elan olunub.
Z.Məmmədov ifadəsində deyib ki, A.Abdullayev Elmar adlı şəxsə zəng edərək onun barəsində rüsvayedici məlumatlar yayacağını deyib:
“Ata Abdullayev deyib ki, mən mebel dükanında qanunsuz işlərlə məşğul olmuşam. Elmara dedim ki, 3 min manat verə bilərəm ona. Ata Abdullayev isə bildirib ki, 5-10 min manatla düzələn deyil”.
Prosesdə A.Abdullayev vəsatət qaldırıb. O, şahid, Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovun məhkəmədə iştirakının təmin olunmasını xahiş edib.
Onun vəsatəti təmin edilib. Məhkəmə Ş.Həsənovun məcburi gətirilməsi barədə qərar qəbul edib
Proses noyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2 400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.
Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.
Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.
A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.
Bununla əlaqədar ona Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya