Azərbaycan və İsrail nazirləri görüşüb: Əməkdaşlığa dair razılaşma əldə edilib - FOTO
Yusif Nəzərli
08:41 17.11.2021
Cəmiyyət
670
Kənd təsərrüfatı naziri İnam Kərimov İsrailə səfər çərçivəsində ölkənin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.
Nümayəndə heyəti səfər çərçivəsində “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya