Fazil Mustafa: "Türkiyə və İsrail arasında buzların əriməsi ən çox Azərbaycanın yararınadır"
08:38 21.11.2021
Siyasət
502
"Bu yalnız bizim indiki məqamda qazandığımız psixoloji üstünlük deyil, eyni zamanda bölgədə proseslərin arzuladığımız zəmində irəliləməsinin faydasına olacaq bir prosesdir"
"Günümüzün ən ciddi hadisəsi Türkiyə prezidenti ilə İsrail prezidenti arasında baş tutan telefon danışığıdır".
"Sherg.az" xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa yazıb.
Deputat bildirib ki, Türkiyə və İsrail arasında düşmənçilik buzlarının əriməsi ən çox Azərbaycanın yararına olan bir məsələdir:
"Təsəvvür edin ki, son Vətən savaşında bizə dəstək verən bu iki dövlət bir-biri ilə düşmən vəziyyətindədir və ən böyük sıxıntını da biz çəkməli oluruq. Türkiyə qardaşımız, İsrail də dostumuz, hər ikisi də Azərbaycan üçün ən yüksək fədakarlığı gözə aldılar, hərbi, siyasi, diplomatik və informasiya məkanında Azərbaycanın haqlı davasının dəstəkçisi oldular. Ancaq bu dəstək koordinasiyasız olduğundan bizim üçün də müəyyən sıxıntılar yaradırdı. Savaşın hərbi mərhələsindən sonrakı dövründə bu iki dövlətin münasibətlərinin yaxşılaşmasından ən çox faydalanan ölkə Azərbaycan ola bilər. Bu hadisədən məmnun qalmayan bəlkə də birinci dövlət- Ermənistandır. Ermənistan bu üçbucağın kəsici ucunun nəyə qadir olduğunu öz dərisində çoxdan anlamış durumdadır".
Parlament üzvü qeyd edib ki, ərəb ölkələri tərəfdən problem yoxdur, çünki onlar özləri də son illərdə İsraillə münasibətlərini ən yüksək səviyyədə qurmağa başladılar:
"Fələstün üçün də xeyli faydalı addımdır, çünki İsraillə real nəticəyə varacaq dialoqu ancaq Türkiyə vasitəsi ilə gerçəkləşdirmək mümkündür. Qaldı qonşumuz İrana, onun da narazılıq üçün elə bir ciddi əsası yoxdur, çünki özü Ermənistana biz müsəlmanların ən ağır durumda olduğumuz zamanlarda dəstək vermiş və bu gün də düşmənimizə dəstəyini davam etdirir. Həm də İran anlayır ki, Azərbaycanın heç bir addımı öz qonşusuna qarşı yönəlməz, təki qonşusu təcavüzkar, işğalçı olmasın. İndi də İranla bölgənin qalxınması, kommunikasiyaların açılışı, barışın təsisi üçün müzakirələr aparırıq, mehriban qonşuluq əlaqələrinin sabit zəminə oturdulmasına çalışırıq. Bizim bölgədə tək düşmənimiz Ermənistandır və düşmən siyahımızdan çıxmaq da bu dövlətin öz əlindədir. İddialarından əl çəksin, sərhədlərimizi tanısın, Qarabağdakı ermənilərlə siyasi və hərbi təmasını dayandırsın, Zəngəzur dəhlizini açsın, düşmənçilik özlüyündən aradan qalxacaqdır. Sözün kəsəsi, Türkiyə ilə İsrail arasında yaxınlaşma pərdə arxasında həm də Azərbaycan dövlətinin səylərinin pozitiv yekunu olaraq qiymətləndirilməlidir. Bu yalnız bizim indiki məqamda qazandığımız psixoloji üstünlük deyil, eyni zamanda bölgədə proseslərin arzuladığımız zəmində irəliləməsinin faydasına olacaq bir prosesdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm