Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı

Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin hazırlanmasını başa çatdırıb. Yeni məhdudiyyətlər 150 fiziki və hüquqi şəxsi əhatə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna məlumat verib.

Nazirin sözlərinə görə, yeni sanksiyalar çərçivəsində Rusiya hərbi əməliyyatlarında iştirak edən şəxslərin Şengen zonasına girişinə tam qadağa tətbiq ediləcək:

"Avropa İttifaqına üzv ölkələr 2026-cı ilin sonunda Ukraynaya yardım paketi ilə bağlı qərar qəbul edəcəklər".