Polis şöbəsində arvadını güllələyən serjantın məhkəməsində şahidlər dindirilib
Yusif Nəzərli
15:50 22.02.2022
Cəmiyyət
586
Bakıda polis şöbəsində arvadını güllələyən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə mərhumun qardaşı Asif Əliyev ifadə verib.
O, ailədaxili problemlərdən xəbərdar olmadığını bildirib: “Mənə bir dəfə zəng elədi ki, qardaş gəl məni apar, özümü öldürəcəyəm, bu adamla yaşaya bilmərəm. Dubinka və təpiklə döymüşdü. Mən bunların sonunu yaxşı görmürdüm. Qardaşı olsam da, ailə işinə qarışmaq istəmirdim. Sentyabrın 30-da bacımın qətlə yetirildiyini bildim, həmin gün də rayondaydım. Təsəvvür etməzdim ki, o, iki uşağın qarşısında bacımı qətlə yetirər. Dəfndə və ya yasda onlardan heç kimi görmədim. Dəfn xərclərini anam çəkib. Hazırda uşaqlar Qaxda atam və qardaşımın himayəsindədir. Məhkəmədən ona ömürlük həbs verilməsini xahiş edirəm”.
Mərhumun bibisi Gülxanım Yolçuyeva deyib ki, Xanım Məmmədova qətlə yetiriləndə hadisə yerində uşaqlarla olub: “Həmin gün Xanım taksi sürücüsündən bibisigilə aparılmasını xahiş edib. Ancaq sürücü onu götürmək istəməyib. Çünki Xanım çox pis vəziyyətdə olub. Mənə İsmayılın onu nəyə görə döydüyünü danışdı. Səhər polis şöbəsində təhqiqatçının yanında olduq, hadisəni danışdıq. Sənədlər ekspertizaya getmək üçün hazırlandı. İsmayıl içəri daxil oldu, uşaqları öpdü. İkisinin arasında heç bir dialoq olmadı. Sonra balamı qanına qəltan elədi”.
Nizami Rayon Polis İdarəsi 24-cu Polis Bölməsinin sahə inspektoru Ramin Hacıyev vurğulayıb ki, mərhum Xanım Məmmədovada 102 Zəng Xidmətinə döyülmə ilə bağlı sorğu gəldi: “Biz də onun yaşadığı ünvana getdik, amma qapını açan olmadı. Biz Xanım Məmmədova ilə əlaqə saxladıq, bibisigildə olduğunu dedi. Səhər təhqiqatçı Füzuli Qurbanovun otağına yola saldım. İsmayılın onun həyat yoldaşı olduğunu bilmirdim”.
Təhqiqatçı Füzuli Qurbanov qeyd edib ki, həmin gün polis bölməsində təhqiqatçı köməkçisi olub: “Xanım Məmmədovanın şikayətini idarə rəhbərliyinə məruzə etdik. Çünki mərhumun həyat yoldaşı polis nəfəri idi. Rəisimiz də başa saldı ki, ailədaxili söz-söhbətlər olur. İsmayıl Məmmədov xidməti otağa dəvət olunmamışdı. Otağa daxil oldu, uşaqlarla görüşüb çıxacağını bildiridi. Daha sonra uşaqlarla görüşdü, anidən mərhumu qətlə yetirdi. Xanım Məmmədovaya 2 və ya 3 güllə dəydiyini yəqin etdim. Mən onun qolundan tutanda atəş açırdı. Sonra özünü də öldürmək istədiyini dedi”.
Məhkəmənin növbəti baxış iclası martın 1-nə təyin edilib.
Qeyd edək ki, ötən il sentyabrın 30-da Nizami rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya