“Belarus Ukrayna paytaxtını birbaşa təhlükəyə atır” – ŞƏRH
Yusif Nəzərli
15:30 24.02.2022
Siyasət
3033
Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın Belarus ərazisindən hücuma keçdiyinə dair məlumat yayıb : “Təcavüzkar aviasiya və tanınma nişanı olmayan hərbi texnika ilə Belarus ərazisindən hücuma cəhd edir”. Məlumatda qeyd olunub ki, yerli vaxtla 24 fevral saat 09:40-da Belarus ərazisindən tanınma nişanı olmayan hərbi helikopter yüksələrək atəş açmağa başlayıb.Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general-leytenant Valeri Zalujnı isə “facebook” hesabında Belarus ərazisindən Ukraynanın cənub-şərq istiqamətinə 4 ballistik raket atıldığını qeyd edib.
Siyasi şərhçi Turab Rzayev Belarusun Rusiya-Ukrayna münaqişəsindəki bu mövqeyini “Sherg.az”a şərh edib:
“Hazırda rəsmi Moskva Kiyevin işğalını həyata keçirir. Bu işdə Belarus Rusiyanın dediyi hər şeyi qeyd şərtsiz həyata keçirir. O hazırda Rusiyanın vassalı kimi davranır. Bilirsiniz ki, Lukaşenko sərbəst siyasət yeridirdi. Amma son seçkilərdəki mitinqlərdən sonra o Rusiyaya sığınmalı oldu. Putin ona vassallıq müqaviləsi imzalatdırdı. İndi o xarici siyasətdə hərbi məsələlərdə piar meneceridir”.
Analitik hazırda Rusiyanın Kiyevdən 15 dəqiqəlik məsafədə yerləşən Antonov Beynəlxalq hava limanını ələ keçirdiyini vurğulayıb. Onun fikricə,bu Belarusun öz ərazisini Kiyevə hücum üçün birbaşa Rusiyanın ixtiyarına verməsi deməkdir:
“Kiyevə çatmaq üçün Ukraynanın şərqindən günlərlə ağır döyüş və vaxt lazım olduğu halda Belarusdan bura iki saatlıq məsafədir. Belarus bu addımla Ukrayna paytaxtını birbaşa təhlükəyə atır”.
Siyasi şərhçiyə görə,Lukaşenko bununla özünün Putinin idarə etdiyi oyuncaq dövlət rəhbərindən başqa bir şey olmadığını bir daha sübut etdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm
Kino Agentliyi “Azərbaycanfilm” kinostudiyasına köçürüləcək
16:07 18.11.2026
Mədəniyyət
Yeni dünya düzəni qurulmur, Putinə isə imic lazımdır - ŞƏRH
16:04 18.11.2026
Gündəm