İstinad divarlarının tikilməsi yalnız bir yoldur
Yusif Nəzərli
00:32 18.01.2023
Cəmiyyət
683
Sürüşmə zonalarına susuzluğa davamlı bitkilər, ağaclar əkilməlidir
"Hazırda ölkədə sürüşmə zonaları ilə bağlı durum stabildir". Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib. O bildirib ki, sürüşmə ilə bağlı sonuncu monitorinq ötən gün Zığ, Badamdar və Qaraçuxurda aparılıb:
"Texnogen faktorların qarşısının alınması istiqamətində işlər davam etdirilir. Ölkə ərazisində sürüşmə hadisələrinin dinamikası azalıb. Son illərdə sürüşmə ərazilərində istinad divarları tikilir. Qaraçuxurda bu yolla demək olar ki, sürüşmələrin qarşısı alınıb. Badamdar ərazisində də istinad divarlarının inşası prosesi davam etdirilir". Sədr əlavə edib ki, ölkə ərazisində 99 lokal sürüşmə zonası təsbit edilib və xəritələnib: "Onlardan 42-si davamlı monitorinqə cəlb edilir".
İstinad divarları sürüşmə prosesinin qarşısını almaq üçün yetərlidirmi? Problemlə bağlı fikirlərini “Şərq”lə bölüşən geoloq Sadiq Əmiraslanov qeyd etdi ki, sürüşmə prosesinin qarşısının alınması üçün bir çox vasitələr mövcuddur, istinad divarları bu vasitələrdən sadəcə biridir:
- Sürüşmə prosesinə qarşı müəyyən tədbirlər həyata keçirilir. O cümlədən də istinad divarlarının tikilməsi. İstinad divarları sürüşmə prosesinin qarşısını alır, həmçinin prosesin yenidən aktivləşməsini də ləngidir. Adi məntiq də bunu təsdiqləyir ki, axıcı kütlənin qarşısına qapaq qoymaqla axıntının qarşısı kəsiləcək.
Ancaq istinad divarlarının tikilməsi yetərli deyil. Sürüşmə prosesinin qarşısını almaq üçün digər vasitələrdən – yerüstü suların idarə edilməsi, yamacın yükünün azaldılması, fitomeliorasiya, fitomühəndislik tədbirləri də görülməlidir. Sürüşmə zonalarına susuzluğa davamlı bitkilər, ağaclar əkilməlidir. Bunlara aylant bitkiləri deyilir. Onlar susuzluğa davamlı, tez boy atan bitkilər və ağaclardır. Hansı ki, sürüşmə zonalarında əkilməklə torpağın izafi nəmliyini özünə çəkir, torpağın nəmi hesabına qidalanır, onları sulamağa ehtiyac da yoxdur, ya da ildə 1-2 dəfə sulansa, kifayət edir. Belə bitkilər mövcuddur və onlardan sürüşmə zonalarında istifadə edilməlidir ki, əlavə sulamağa ehtiyac olmasın, torpağın alt qatlarında toplanmış suyun hesabına boy atsınlar, şaxələnsinlər. Belə olduqda torpaq da möhkəmlənir.
Başqa bir tədbir yamacların yükünün azaldılmasıdır. Məsələn, aktiv sürüşmə zonası olan Bayılda bu tədbirlər görüldü. Süxur kütləsi aradan götürüldü, yamaca ağırlıq verən yükün qaldırılmasıyla aşağı hissədə əks-təsir qüvvəsi yarandı və sürüşmənin qarşısı alındı.
S.Əmiraslanov qeyd etdi ki, sürüşmə zonaları aktivləşməsin deyə, yamaclara daim nəzarət edilməlidir. Yamacların yüklənməsinə, sürüşmə prosesinin aktivləşməsinə səbəb olacaq tikililərə icazə verilməməlidir.
Yamacların oyadılmaması da əsas məsələdir. Xatırlayırsınızsa, Bibiheybət yolunda da torpaq sürüşməsi olmuşdu. Bəzən ağırtonnajlı avtomobillərin hərəkəti də sürüşmə prosesini aktivləşdirə bilir. Həmçinin qrunt sularının bir ərazidə toplanıb qalmamasına da diqqət edilməlidir. Ümumiyyətlə, Bakı, Abşeron yarımadası geoloji quruluşu etibarilə əhəngdaşı, qum və gildən ibarətdir deyə, sürüşməyə meyilli zonadır. Ona görə də bu məsələlər daim diqqətdə saxlanmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə