Macarıstan Prezidenti: Rusiya Ukraynadakı hərbi məqsədlərinə nail olmamalıdır
Macarıstan Prezidenti: Rusiya Ukraynadakı hərbi məqsədlərinə nail olmamalıdır
Yusif Nəzərli
18:38 08.06.2023
Dünya
706
Dünya Rusiyanın Ukraynada hərbi məqsədlərini həyata keçirməsinə mane olmalıdır.
“Report” xəbər verir ki, bu barədə Macarıstan Prezidenti Katalin Novak “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib.
Bununla belə, Prezident Budapeştin Kiyevə silahla yardım etməsinin əleyhinədir və sanksiyaları səmərəsiz hesab edir.
K. Novak Rusiyanın təcavüzünü pislədiyini və ölkəsinin Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olduğunu vurğulayıb.
“Ukrayna qonşunun hücumuna məruz qalan suveren ölkədir və indi öz vətəndaşlarını qorumaq üçün əlindən gələni edir. Ukraynalılar müstəqil hərəkət edirlər, həm də bir çox ölkələr tərəfindən dəstəklənir. Bu, təbii ki, hərbi səylərə təsir edir”, - Novak bildirib.
“Rusiya hərbi məqsədlərinə çatmamalıdır, buna imkan verməməliyik”, - deyə vurğulayan Prezident münaqişənin həllini sülh danışıqlarında görür. Bununla belə, o, hazırkı durumda onların real olmadığı qənaətindədir.
Macarıstan prezidenti hesab edir ki, hərbi yardım “savaşı alovlandıracaq” və “gərginləşməyə səbəb ola bilər”. Lakin macarıstanlı siyasətçi ukraynalılara və ukraynalı qaçqınlara humanitar yardımı dəstəkləyir.
Sanksiyalara gəlincə, Novak vurğulayıb ki, Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı əvvəlki bütün sanksiyalar paketlərini dəstəkləyib, lakin onların Avropa dövlətlərinə təsirini də nəzərə almaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə