Əli Əhmədov: "Azərbaycan BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri olub"
Əli Əhmədov: "Azərbaycan BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri olub"
Yusif Nəzərli
08:04 14.06.2023
Gündəm
487
Azərbaycan hökuməti olaraq Dayanıqlı İnkişaf Məqsədlərilə (DİM) əlaqədar BMT-nin transformasiyasını yüksək qiymətləndirir və bunun bəşəriyyətin bu günün və gələcəyi üçün əhəmiyyətini etiraf edir.
"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov bu gün Bakıda keçirilən "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.
O bildirib ki, 2015-ci ildən bu yana həyata keçirilən bu konsepsiyada Azərbaycan iştirak etməklə öz töhfəsini verib:
"Azərbaycan bu günə qədər bu istiqamətdə üç könüllü milli hesabat təqdim edib. Növbəti hesabatın 2024-cü ildə təqdim edilməsi planlaşdırılır. Dünyada üç könüllü milli hesabat təqdim edən ölkə çox deyil. Lakin bizim yanaşmamız təkcə bundan ibarət deyil. Burda ən düzgün yanaşma odur ki, BMT-nin qlobal layihəsinin tam mahiyyətinə uyğun Azərbaycan özünün milli inkişaf strategiyasına uyğunlaşdırmaq yolu seçib. Azərbaycanın 2030-cu ilə qədər milli inkişaf strategiyası BMT-nin qlobal layihəsinin qoyduğu tələblərə uyğunlaşdırılıb. Bundan sonra bizim inteqrasiyanın dərinləşdirilməsi istiqamətində addımlarımız olacaq".
Ə. Əhmədovun sözlərinə görə, BMT-nin bu layihəsinin qəbul olunmasından təxminən 8 il keçib, lakin bu müddət ərzində nəzərdə tutulan nailiyyətlərin əldə edilməsi istiqamətində öyünmək üçün əsas verəcək nailiyyətlər əldə edilməyib: "Ola bilsin bunun müxtəlif obyektiv səbəbləri var. Bura pandemiya, müharibələr və digər səbəblər aiddir. Bunların hamısı qlobal layihənin həyata keçirilməsinə ciddi təsir göstərib. Bu illər ərzində BMT-nin qlobal layihəsi istiqamətində ciddi addım atan ölkələrdən biri də Azərbaycan olub.
Azərbaycan işğal altında olan torpaqlarını azad edib və bununla milyonlarla qaçqının statusu dəyişməklə BMT-nin layihəsinə öz töhfəsini verib. Amma bizim həmin torpaqlarımızda infrastruktur tamamilə darmadağın edilib. Bu da dünyamızın transformasiya ilə əlaqədar ortaya çıxan ən ciddi problemlərindən biridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə