
"Partiyalar qanunun tələblərinə cavab verməlidir" - Elşad Musayev
12:36 07.08.2023
Siyasət
563
Yeni qanundan sonra Ədliyyə Nazirliyi partiyaların qarşısında minimum 5000 üzv sayını təqdim etmək tələbini qoyub.
Verilən rəsmi və qeyri rəsmi məlumatlara görə , 31 siyasi partiyadan yalnız 27 partiya 5000-dən artıq üzv sayını Ədliyyə Nazirliyinə təqdim edib.4 partiya isə kifayət qədər üzvü olmadığı üçün siyahı təqdim etməyib.
Böyük Azərbaycan Partiyası da sənədlərini təqdim edən, lakin rədd alanlar sırasındadır.
Məsələylə bağlı "Sherg.az"a açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev söyləyib ki, qəbul olunan yeni qanunun tələblərinə uyğun olaraq, bir sıra tələbləri həyata keçirmək lazımdır:

"Bütün siyasi partiyalar öz işlərini yeni tələblərə uyğunlaşdırmalıdır. Çünki qanun qəbul edilənə qədər onu tənqid etmək və bəzi təkliflər vermək olar. Ancaq faktiki olaraq artıq qanun qəbul edilib və bunun əsasında siyasi partiyaların yenidən qeydiyyata alınması həyata keçirilir. Biz də sənədləri təqdim etmişik. Bu sənəddə 7388 nəfər partiya üzvünün adı var. Müəyyən səhvlər aşkarlandığı üçün isə sənədlər geri qaytarılıb. Biz də onu düzəltməklə məşğuluq və lazımı vaxtda düzəlişləri edib yenidən təqdim edəcəyik. Ümumiyyətlə, bütün partiyalar qanunun tələbinə uyğun hərəkət etməlidir".
Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan iki partiya var -"Yeni Azərbaycan Partiyası" və "Milli Dirçəliş Hərəkatı Partiyası". Həmçinin yeni qanundan sonra 17-dən artıq hərəkat və birlik partiyalaşma prosesində iştirakı mövcud şərtlər altında mümkün görünmür. Fəaliyyətini dayandıran siyasi partiyaların sayı 29 - dur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya