"Qubad İbadoğlu işi" böyüyür: Bir nəfər də həbs olundu
07:48 08.08.2023
Hadisə
472
Sosial şəbəkələrdə professor Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.
Məlumatı DİN-in mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən həbs olunaraq istintaqa təhvil verilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumata görə, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən saxlanıb və istintaqa təhvil verilib.
"Sherg.az" xəbər verir ki, İstanbulda yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Əslən Kəlbəcərdəndir.
Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi