Kreml torpaqlarımızda təxribatçı əməllərdən vaz keçməyəcək
Kreml torpaqlarımızda təxribatçı əməllərdən vaz keçməyəcək
Yusif Nəzərli
07:47 08.08.2023
Siyasət
600
Rusiya "sülhməramlı" kontingenti dayanmır və separatçıları müxtəlif yollarla silahlandırmağa davam edir
Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir. Rusiya sülhməramlıları erməni qeyri-qanuni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini həyata keçirir. Sosial şəbəkədə yayılan videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Kərkicahan-Xəlfəli yolu vasitəsilə növbəti dəfə erməni qeyri-qanuni silahlı birləşmələrinin döyüş mövqelərinə təminat vasitələri daşımalarının həyata keçirilməsi aydın görünür. Xatırladaq ki, daha öncə də Rusiya sülhməramlılarının müşayiəti altında ermənilərin qanunsuz daşımalarına dair videolar yayılmışdı.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli "Sherg.az"a açıqlamasında deyib ki, 10 noyabr üçtərəfli bəyannaməsindən dərhal sonra Rusiya hərbi kontingentinin Qarabağa yerləşdirilməsi heç də onların "sülhməramlı" missiyanı icra etməsi anlamına gəlmir. Analitik vurğulayıb ki, Rusiya birbaşa öz maraqlarını təmin etmək üçün regiona, konkret Qarabağa qoşun yerləşdirib: "Harada Rusiya varsa, orada bəla, münaqişə, qarşıdurma və etnik separatizm var. Bu, Rusiyanın illərdir apardığı siyasətdir. Moskva öz maraqları çərçivəsində istədiyi addımı atır. Düzdür, Azərbaycan tərəfi zaman-zaman bunun qarşısını alır, davamlı təxribatların həyata keçməsinə imkan vermir. Buna rəğmən, Rusiya "sülhməramlı" kontingenti də dayanmır və separatçıları müxtəlif yollarla silahlandırmağa davam edir. Məlumdur ki, torpaqlarımızın ermənilər tərəfindən işğalı, Qarabağdakı separatizm birbaşa Rusiyanın dəstəyi ilə reallaşıb. Münaqişənin ilk günlərindən azərbaycanlıların evindən ov tüfənglərini belə yığışdıran Rusiya idi. Bunun əvəzində isə erməniləri silahlandırdılar. Bölgədə hərtərəfli silahlandırılan ermənilər azərbaycanlılara qarşı müharibəyə, soyqırım və qətliamlara başladılar. Görünür ki, dəyişən heç nə yoxdur. Separatçılara dəstək indi də davam etdirilir. Rusiya müvəqqəti nəzarət etdiyi Azərbaycan torpaqlarında təxribatçı əməllərdən vaz keçməyəcək. Məqsəd təbii ki, Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasına imkan verməmək, prosesi uzatmaq, danışıqlara mane olmaqdır. Çalışırlar ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməsinlər".
S.Əsədli vurğulayıb ki, Rusiyanın vaxtı ilə Gürcüstan ərazilərini işğal etməsi, Ukrayna ilə müharibə, Moldova və digər yerlərdə separatçılara hərtərəfli dəstək verməsi Kremlin həyata keçirdiyi siyasətin bariz nümunəsidir: "Rusiyanın qarışdığı məsələdə haqq-ədalət yoxdur. Çünki qanlı maraqları buna imkan vermir. Yenə də öz çirkin maraqları naminə Qarabağdakı separatçı tör-töküntüləri silahlandırırlar. Amma Azərbaycan dövləti qüdrətlidir və öz maraqlarını təmin etmək iqtidarındadır. Gec-tez Qarabağın ermənilər yaşayan ərazilərində də suverenliyimiz və tam nəzarətimiz bərpa olunacaq. Azərbaycan vətəndaşlığını və qanunlarımızı qəbul edən ermənilər orada rahat və təhlükəsiz həyat sürəcəklər. Ölkəmizdə bütün xalqların nümayəndələri bərabərcə, qardaş şəklində yaşayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi