Azərbaycan Türkiyədə baş vermiş ölüm hadisəsi ilə bağlı iri sığorta ödənişi edib
Azərbaycan Türkiyədə baş vermiş ölüm hadisəsi ilə bağlı iri sığorta ödənişi edib
Yusif Nəzərli
10:00 11.08.2023
Gündəm
360
Bu ilin yanvar-iyun aylarında "Yaşıl Kart" Sistemi çərçivəsində Azərbaycan daxilində təqribən 2,1 min sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 2,5 milyon manat civarında sığorta haqqı yığılıb.
“Report” xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 67 və 97 % çoxdur.
Hesabat dövründə 164 yol-nəqliyyat hadisəsinə görə 550 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da, illik müqayisədə müvafiq olaraq 40,2 % və 89,7 % çoxdur.
6 ayda bir hadisə üzrə ortalama sığorta ödənişi ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 % artaraq 3 309 manata çatıb.
“Müqayisə edilən dövr üzrə sığorta müqavilələrinin sayına nisbətdə baş verən sığorta hadisələri faiz etibari ilə azalmasına baxmayaraq ortalama sığorta ödənişinin 34 % artımı müşahidə olunub. Artımın təməl səbəbi Türkiyədə baş vermiş ölüm hadisəsi və sağlamlığa dəyən zərər üzrə ümumilikdə verilmiş 100 min manat civarında sığorta ödənişidir.
2022-2023-cü illərin ilk 6 ayı ərzində əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri də ciddi fərqlilik göstərməkdədir. Belə ki, ötən ilin ilk 6 ayı ərzində toplanan sığorta haqlarının 22 %-i həcmində sığorta ödənişi verilib, 2023-cü ilin müvafiq dövründə isə bu nisbət 7 % təşkil edib”, - İSB qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət